Analıq müavinəti

Ümumi Baxış

Hamiləlik Ödənişi (Maternity Allowance), uşaq dünyaya gətirmək üçün işdən məzuniyyətə çıxdığınızda ala biləcəyiniz bir ödənişdir.

Siz bu ödənişi aşağıdakı hallarda ala bilərsiniz:

– Əmək müqaviləsi ilə işləyirsiniz, lakin Qanuni Hamiləlik Ödənişi (SMP) almağa uyğun deyilsinizsə
– Özünüməşğulsunuzsa
– Yaxın zamanda işləməyi dayandırmısınızsa
– Həyat yoldaşınızın və ya mülki partnyorunuzun biznesində ödənişsiz işləyirsinizsə

Hamiləlik Ödənişini maksimum 39 həftə müddətinə ala bilərsiniz.

Hamiləlik Ödənişinə, hamilə olduğunuz 26-cı həftədən etibarən müraciət edə bilərsiniz. Ödənişlər, uşağın gözlənilən doğum tarixindən 11 həftə əvvəlki vaxtdan başlayaraq, uşağın doğulduğu günün ertəsinə qədər istənilən vaxt başlaya bilər.

İstinad: https://www.gov.uk/maternity-allowance